BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevir Turizm Kollecində “Ümumdünya Mülki Müdafiə Günü” qeyd olunub – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hər il olduğu kimi bu il də 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Mingəçevir Turizm Kollecində maarifləndirmə xarakterli bir sıra maraqlı tədbirlər həyata keçirilib.

İstixeber.info xəbər verir ki, öncə kollecin ərazisində Mülki Müdafiə qüvvələrinin iştirakı ilə toplanış təlimi təşkil edilib. Kollecin Mülki Müdafiə dəstələrinin üzvü olan könüllü tələbələr fövqəladə hallarda tibb məntəqəsinin işi və yanğından mühafizə ilə bağlı görülən işlərə aid təlimlər nümayiş etdiriblər.
Daha sonra kollecin Heydər Əliyev adına ideoloji kabinetində “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov öncə bu əlamətdar günün tarixinə nəzər salaraq qeyd edib ki, “Ümumdünya Mülki Müdafiə Günü” 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Şəhərin ən iri tədris müəssisəsi olan Mingəçevir Turizm Kollecində Mülki Müdafiə Qərargahının işinin ən yüksək səviyyədə qurulmasının vacibliyini vurğulayıb. Natiq tələbələr arasında mövzuya dair maarifləndirmə işlərinin bundan sonra daha da gücləndirməyin vacibliyini xatırladıb.
Daha sonra 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Kollecin Mülki Müdafiə qərargahının rəisi Ağa Alıyev “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimiz”, tibb müəllimi Gülnaz Burumənd “Fövqəladə hallarda zərərçəkənlərə ilk yardımın göstərilməsi” mövzusunda geniş məruzə ilə çıxış ediblər.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26