BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevir su anbarında batan şəxs polis imiş


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Nəsibov Elmar İbrahim oğlunun cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, həmin şəxsin Nəsibov Elmar İbrahim oğlunun Samux rayon Polis şöbəsinin əməkdaşı olduğu məlum olub. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə yollanıbmış.

Əməliyyat başa çatıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26