BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevir Mərkəzi Xəstəxanası “Ayaqyolunun pullu olması” faktı ilə bağlı təkzib verdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mingəçevir MX-da Ayaqyolunun pullu olması faktı ilə bağlı Mingəçevir ŞMX PHŞ-in KİV və İctimaiyyətlə Əlaqələr bölməsi saytımıza təkzib verib.

İstixeber.info olaraq 09.01.2019-cu ildə “Səhiyyə ocağında “ayaqyolu” pulludur? – FOTOLAR” və 17.01.2019-cu il tarixdə isə Həqiqətən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “AYAQYOLU” pulludur! – ARAŞDIRMA”  adlı məqalələri saytımızda dərc etmişik.

Yuxarıda adlarını qeyd etdiyimiz məqalələrlə bağlı Mingəçevir ŞMX PHŞ-in KİV və İctimaiyyətlə Əlaqələr bölməsi saytımıza təkzib verib.

Həmin təkzibi sizlərə olduğu kimi çatdırırıq.

17 yanvar 2019-cu il tarixində saytınızda yayımlanan “Həqiqətən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “AYAQYOLU” pulludur! – ARAŞDIRMA”, eləcə də bu xəbərdən bir neçə gün öncə həmin saytda “SƏHİYYƏ OCAĞINDA AYAQYOLU PULLUDUR? adlı məqalələrində Mingəçevir xəstəxanası ərazisində yerləşən ayaqyolundan xidmət müqabilində pul alındığı bildirilmişdir. Bu cür əsassız, faktlara söykənməyən xəbərlərin xəstəxana haqqında mənfi fikirlər yaratmaqdan başqa bir məqsəd daşımadığı məlumdur. Nəzərinizə çatdıraq ki, xəstəxanada mövcud olan 168 ədəd sanitar qovşaqdan xəstəxana personalı, xəstələr və xəstə yaxınları pulsuz istifadə edir. Heç bir ayaqyolunun istifadəsindən xidmət haqqı alınmır və göstərilən məlumatın heç bir əsası yoxdur. Məlumatın yanlışlığını və belə bir faktın olmadığını sübut etmək üçün xəbər müəllifi ilə məqalədə qeyd olunan həmin ayaqyolunun təmizliyinə nəzarət edən 5 əməkdaşı görüşdürülmüşdür. Lakin müəllif iddia etdiyi kimi ayaqyolundan xidmət haqqı müqabilində ondan 30 qəpik tələb edən şəxsi göstərə bilməmişdir. Ona görə də bu xəbəri tam təkzib edirik.

P.S: Biz isə israrla qeyd edirik ki, Mingəçevir MX-da “Ayaqyolu” pullu olub. Bu barədə araşdırmalarımız davam edir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26