BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Milli Parkda yanğın davam edir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünəndən şimal bölgəsində başlayan yanğın Quba və Şabranda söndürülsə də, Siyəzəndə yüksək dağlıq ərazidə davam edir.

İstixəbər.info İstiPress-in şimal bürosunun məlumatına istinadən xəbər verir ki, rayonun Ələz kəndinin yaxınlığında – çox hündür ərazidə qeydə alınan yanğın bu gecə daha da sürətlənib və daha çox yüksəkliyi əhatə edib.

Siyəzən FHK-nin sədri, icra başçısının müavini Zəfər Əliyev yanan ərazinin Altıağac Milli Parkının ərazisi olduğunu deyib. Onun sözlərinə görə, yanğının söndürülməsinə FHN-nin 2 helikopteri və şəxsi heyəti, Xızı, Siyəzən və Şabrandan 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, sakinlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşlsrı cəlb edilib.

Yanğınsöndürən avtomobil və şəxsi heyət yüksək dağlıq əraziyə yaxınlaşa bilmədiklərindən alovu yalnız helikopterlə söndürmək mümkündür. Əraziyə daha bir helokopterin göndəriləcəyi bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir. Altıağac Milli Parkının yanğından hektarla ərazisinin yandığı deyilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26