BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Mikro və makro kreditlərin alınması yollarının gənclər arasında təbliği adlı seminar keçirilib.Foto


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki,15.02.2019- cu il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi , Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təşkilatı dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 9 saylı liseyin şagirdlərinin iştirakıyla Binəqədi Gənclər Evində 3 gün davam edən “Mikro və makro kreditlərin alınması yollarının gənclər arasında təbliği adlı layihə çərçivəsində semnar uqurla 15 fevral 2019 cu il tarixində yekunlaşdı. Layihənin rəhbəri Həlimə Əliyeva seminarın ilk günündə layihənin məqsədi haqında məlumat verərək bildirdi ki, Gənclərin iqtisadi biliklərinin artırılması, əsas hədəf seçilmişdir. Seminarın təlimcisi həmcinin Bakı Mühəndislik universitetinin müəllimi Arif Nəcimov olmuşdur. O, 3 günlük semnar müddətində gənclərə iqtisadiyyat, sahibkar və sahibkarlıq fəaliyyəti, biznes plan, biznesin maliyyələşdirilməsi mənbələri, banklar və kreditlər ,iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlirlər və ondan dövlət büdcəsinə ödənilən vergilər, Vergilər Nazirliyinin fəaliyyəti ilə Mərkəzi bankın maliyyə resurslarının tənzimlənməsi istiqamətində apardığı işlərdən kreditinin növləri, girov və zamin həmcinin peşə təhsilinin əhəmiyyəti mövzusunda ətraflı məlumat vermişdir. Semnar interaktiv formada təqdimat və vidio materiallarla iştirakçılara catdırılmışdır.Semnarın sonunda gənclərə sertifikatlar təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.

 

İstixəbər.info Bakı 15.02.2019

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26