BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mikayıl Cabbarov bu qaydanı təsdiq etdi – Oktyabrın 1-dən qüvvəyə minəcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Vergilər Nazirliyi “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış forması və “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın tərtib edilməsi qaydasını təsdiq edib. Bununla da Vergilər nazirinin 16 aprel 2019-cu il tarixli əmri ilə təsdiq olunmuş arayış forması və qaydalar ləğv edilib. Yeni qaydalar və arayış forması 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.

İstixeber.info xəbər verir ki, “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına arayış təqdim edilmir.

Qaydaya əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulmuş metodda isə vergi ödəmələrinin məbləği bu rübdəki gəlirin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26