BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Metro stansiyalarında konsert olacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Milli musiqi günü metropolitendə qeyd olunacaq.

İstixəbər.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC, ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

– “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

– “Sahil” stansiyası – saat 12:00-13:30.

– “28 May” stansiyası – saat 13:00-14:30;

– “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26