BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

MEŞƏDƏ ÇƏTƏNƏ ƏKƏN XAÇMAZ SAKİNİNDƏN SİLAH-SURSAT GÖTÜRÜLÜB – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülmüşdür.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26