BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Maşınlarda pərdə qadağası başa çatır – Qiymətlər necədir? – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ayın 1-dən etibarən avtomobillərə pərdə və jalüz vurmağa icazə verilir.

İstixeber.info Xəzərxəbərə istinadən məlumat verir ki, avtomobil pərdəsi və jalüzlərdən istifadə zamanı da müəyyən qaydalara riayət etmək lazımdır. Qaydalar nədən ibarətdir və onu pozanları hansı cəzalar gözləyir.

Mayın 1-dən etibarən avtombillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar. Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq. Ancaq, şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.

Artıq bazarda jalüz və pərdələrə təlabat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir. Pərdə hazırlayanların sözlərinə görə, ötən illə müqayisədə pərdə və jalüzlərin qiymətində artım müşahidə olunur.

Sürücülər də qiymətlərin ötən illərlə müqayisədə bir qədər baha olduğunu deyirlər. Məhsulun kefiyyətinə qaldıqda isə onlar bundan razıdır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər pərdə və jalüzlərdən istifadə edərkən diqqətli olmalıdır. Bəzən sürücülər avtomobilin arxa yan şüşəsinə plyonkla vurur. Bu qanunla qadağandır və bunu edənlər cərimələnir.

Qeyd edək ki,avtomobilin ön şüşəsinin şəffaflığı minumum 75 faz, qabaq yan şüşələr 70 faiz, arxa yan şüşələr isə 60 faiz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26