BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Maşın şou”nun iştirakçısı Murad Dadaşovu ŞOKA SALDI – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Maşın şou”nun iştirakçısı Xose Bernardo verilişin aparıcısı Murad Dadaşovun şoka salıb.

İstixəbər.info xəbər verir ki, şounun bu günkü buraxılışında səsverməyə qaradərili məşhur aparıcı Xose Bernardo çıxıb. Hədəfini açıqlamayan X.Bernardonun hazırda mübarizəsi davam edir.

Azərbaycanda doğulan Xose Bernardo Murad Dadaşova bildirib ki, hərbi xidmətdə olub:

“Azərbaycana sonradan gəlməmişəm, elə burda doğulmuşam. Odur ki, özümü əcnəbi hiss etmirəm. Hətta burda hərbi xidmətdə olmuşam. Mənim “Maşın”dan getmək fikrim yoxdur, ona həqiqətən ehtiyacım var, inşallah sona qədər burdayam. Əsgər yoldaşlarımdan da dəstək gözləyirəm!”

Hərbi Xidmətini Goranboyda başa vuran Xosenin bu açıqlaması çoxları üçün gözlənilməz olub. Murad Dadaşov da öz heyrətini gizlətməyib.

Məlumat üçün bildirək ki, ANS telekanalında məşhurlaşan aparıcının atası kubalı, anası isə azərbaycanlıdır. O, müsahibələrinin birində etiraf edib ki, burada doğulub-böyüdüyüm üçün özünü Azərbaycan vətəndaşı hesab edir:

“Bakı mənim üçün çox doğmadır. Bəzən sıxıldığım anlar olub ki, Azərbaycandan getmək istəmişəm və 3-4 aylıq Kubaya getmişəm. Orada bir müddət qaldıqdan sonra öz doğma vətənim – Azərbaycandan ötrü darıxmışam. Necə deyərlər, bura məni çəkir”. (publika.az)

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26