BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mal-qara oğruları saxlanıldı – QUSARDA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oğrular öz həmkəndliləri imiş

DİN Mətbuat Xidmətinin Quba  regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar rayonu Gədəzeyxur kənd sakinləri B.Seyidov və İ.Hacəliyev Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Faktlarla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26