BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Maaşlar nə qədər artıb? – CƏDVƏL


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Minimum aylıq əməkhaqqının artırılmasından sonrakı vəziyyət belədir

Prezident İlham Əliyevin martın 1-dən minimum aylıq əmək haqqının artırılması barədə sərəncamı 600 minədək insanı əhatə edir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İstixeber.info-ya məlumat verilib.

Nazirliyin məlumatına görə, minimum aylıq əməkhaqqı 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli (VTC) ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyən edilib. 19 dərəcədən ibarət VTC üzrə əməyin ödənilməsinin birinci dərəcəsindən başlayaraq minimum əmək haqqı 180 manata çatdırılmaqla, bütün dərəcələr üzrə əmək haqqının artımı özünü göstərir.

Eyni zamanda, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşlarının minimum məbləği 180 manat müəyyən edilməklə, ali, 1-ci, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə bu məbləğlər artır.

Kimin maaşı nə qədər artıb? CƏDVƏLİstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26