BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

MƏŞHUR REPÇİ İSPANİYADA QARƏT OLUNUB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İspaniyada “Despacito” hitinin ifaçılarından biri olan və “Daddy Yankee” ləqəbi ilə tanınan repçi Ramon Luis Ayyal Rodriqesin təqribən 2 milyon avro dəyəri olan bəzək dəsti oğurlanıb.

İstixəbər.info “Las Provincias” nəşrinə istinadən xəbər verir ki, hadisə Valensiya şəhərindəki mehmanxanalardan birində baş verib.

Özünü Rodriqesə otelin əməkdaşı kimi təqdim edən oğru ondan zinət əşyalarının saxlandığı seyfi açmağı xahiş edib.

Qeyd olunur ki, artistin otağından həmçinin 2,5 min dollar nağd pul da yoxa çıxıb.

Cani özünü şübhələndirmədən otel binasını tərk edib və oradan uzaqlaşıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26