BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Məsciddən oğurluq edən Şabran sakini saxlanılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Məsciddən oğurluq etmişdi.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.


Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.
İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26