BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı, millət vəkili RƏŞAD MAHMUDOV “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., millət vəkili RƏŞAD MAHMUDOV “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (1918-2018) yubiley medalı ilə təltif edilib.

İstixeber.info xəbər verir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (1918-2018) yubiley medalı əməkdar həkim, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudova Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Dr. Rəşad Mahmudov Azərbaycanda tibb sahəsində göstərdiyi xidmətlərə görə 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi medalı”, 2009-cu ildə “Heydər Əliyev Fondu”nun Prezidenti tərəfindən “Qızıl Çinar” mükafatına layiq görülmüş, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Əməkdar Həkim” fəxri adını almışdır. Belə ki, Dr. Rəşad Mahmudov yaşlı insanlarda və uşaqlarda 8000-dən çox açıq ürək əməliyyatları aparıb. Xalqın böyük etibarını və etimadını qazanmış Dr.Rəşad Mahmudov 2015-ci ildə 77 saylı Astara seçki dairəsindən Milli Məclisin deputatı seçilmişdir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26