BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Məhkəmə-Hüquq Şurası: “7 hakim cəzalandırılıb”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info   BBC Azərbaycana istinad edərək xəbər verir ki,Məhkəmə-Hüquq Şurası (MHŞ) çərşənbə günü keçirilən iclasında daha yeddi hakimi cəzalandırıb, MHŞ-nın rəsmi saytında deyilir

Qərarlar “qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar” verilib.

Məlumata görə, “konkret korrupsiya faktı” üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

“Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.”

Məhkəmə-Hüquq Şurası adlarını çəkmədiyi dörd hakimin də səlahiyyətlərinə “qanuni əsaslarla xitam verildiyini” deyib.

BBC News Azərbaycanca adları çəkilən hakimlərdən şərh ala bilməyib.

Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin, son 13 ildə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, 100-dən çox hakimin işindən kənarlaşdırıldığı bildirilib.

İstixəbər.info İnformasıya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26