BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Məhərrəm Quliyev kəndin hesabat yığıncağında – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Eynallı kəndinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib – Ağstafada

İstixəbər.info Mediaxeberleri.az-a istinadən xəbər verir ki, hesabat yığıncağında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Tədbir Eynallı kənd tam orta məktəbinin akt zalında təşkil olunub. İlk öncə kəndin İcra nümayəndəsi Əliyev Şadət yaşayış məntəqəsi haqqında geniş arayışla çıxış etdi, il ərzində kənddə görülmüş işlər barədə ətraflı danışdı. Qeyd olundu ki, ötən il kəndarası yollar tamamilə xırlanmış, sakinlərin içməli su təminatının yaxşılaşdırılması yönündə su kəhrizləri təmir olunmuş, işıq, qaz təminatı normasında tənzimlənmişdir.

Daha sonra rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd etdi ki, 2018-ci il Ağstafa üçün növbəti uğurlu il kimi yadda qaldı. Rayon ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülmüş, Qıraq Kəsəmən və Ağgöl kənd yaşayış məntəqələri istisna olmaqla bütün kəndlər asfaltlanıbdır. Hazırda Ağstafa-Yenigün-Qaçaq Kərəm-Xətai əsaslı təmirinə başlanılıbdır. Rayonda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər insanların rahatlığının təmin olunmasına əsaslı töfhə verir. Rayonun təbii qaz yanacağı ilə təminatı 100 faizə çatdırılıb. Ötən illərdə olduğu kimi 2018-ci ildə də rayonda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilib. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri həyata keçirilib.2018-ci ilin uğurlarını 2019-cu ildə də davam etdirməsi və nəzərdə tutulmuş proqramlar və layihələrin icrası istiqamətində tədbirlər həyata keçirilir Hesabat yığıncağı açıq fikir mübadiləsi şəraitində keçirilmiş və vətəndaşlar çıxış edərək onlara göstərilən dövlət qayğısından məmnunluqlarını bildirdilər.

Hesabat yığıncağında kənd sakinləri nümayəndəliyin 2018-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilib.

Tədbir işgüzar şəraitdə keçib.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26