BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bərdə rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

İstixəbər.info xəbər verir ki, hadisə Bərdə rayonun Mirzalıbəyli kəndində yerləşən Su Meliorasiya İdarəsinin inzibati binasında baş verib.

Binada məskunlaşan Şuşa rayonundan məcburi köçkün olan Vahid Zeynalov və Cabir Çobanova məxsus mənzillər elektrik naqillərində baş verən qısa qapanmadan yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb edilib. Alov ram edilərək yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Binada məskunlaşan məcburi köçkünlər təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26