BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Lotu Quli”nin adamı Bakı aeroportunda tutuldu – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kriminal aləmdə “Rəşad Yevlaxski” kimi tanınan Rəşad Cəbrayılov Bakı aeroportunda saxlanılıb.

İstixəbər.info xəbər verir ki, kriminal avtoritet qanunsuz olaraq Naxçıvan Muxtar Respublikasından Gürcüstan ərazisinə keçib. Batumi şəhərindən Türkiyəyə ərazisinə qanunsuz daxil olmağa cəhd göstərsə də, istəyi baş tutmayıb.

Və yenidən qaçaq yolla Bakıya qayıdıb. Bir neçə gün sonra ikinci cəhddə Naxçıvandan Türkiyəyə ərazisinə daxil olmağa çalışıb, amma alınmayıb.

Belə ki, bir neçə gün sonra Naxçıvan – Bakı aviareysi ilə uçarkən yenidən Bakı aeroportunda saxlanılıb.

Qeyd edək ki, “Rəşad Yevlaxski” 2 ay öncə “Oazis” restoranı yaxınlığında bir nəfəri bıçaqlayıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra Rəşad Cəbrayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Xatırladaq ki, “Rəşad Yevlaxski” “Lotu Quli”nin klanına daxil olan şəxslərdəndir./teleqraf.com

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26