BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Leyla Yunus ermənilərin tədbirində: Növbəti xainlik…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus Avropa Parlamentində ermənilərin təşkil etdiyi “Armeniafobia” adlı toplantıya canlı qoşularaq çıxış edib.

İstixeber.info xəbər verir ki, bu barədə qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfov facebook səhifəsində məlumat yazıb.

“Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər”.

Bu xaincəsinə açıqlamanı Avropa Parlamentində keçirilən toplantıların birində canlı yayıma qatılaraq verən Leyla Yunus, növbəti dəfə daxilindəki düşmən sevgisini və Azərbaycan xalqına qarşı olan aşkar nifrətini nümayiş etdirib. O, guya “sülhpərvərlik” mövqeyindən çıxış edərək, ermənilərin dəyirmanına su tökən fikirlər səsləndirib. Belə ki, o, sərsəm fikirləri ilə bildirib ki, guya azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər. Bununla yanaşı, azərbaycanlılar erməniləri “qara paltarlı Allahsız kimi tanıdırlar”.

Göründüyü kimi, Leyla Yunus sözügedən sərsəm düşüncələri ilə yalnız ermənilərin dəyirmanına su tökməyib, eyni zamanda, bütün dünyaya tolerant və multikultural dəyərləri ilə örnək olan Azərbaycan dövlətinə və xalqına qarşı xas olmayan şəkildə şər-böhtan atıb, xristian ölkələri ilə Azərbaycan dövlətinin arasında bölücülük toxumu səpməyə cəhd göstərib.

Əbəs deyil ki, məhz həmin Leyla Yunus illərlə Ermənistanın xüsusi xidmət orqanlarının təlimatları əsasında işləyən müxtəlif erməni QHT-ləri ilə əməkdaşlıqlar edib, bu gün də həmin fəaliyyətini Avropada davam etdirməkdədir./manevr.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26