BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Leyla Əliyevanın kitablarının təqdimatı keçirildi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində Xəzər Poeziya Birliyi tərəfindən Nəsimi şeir məclisi təşkil edilib.

İstixəbər.info AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı olub.

Poeziya məclisində iştirak edən Leyla Əliyeva kitablarından bir neçə şeir oxuyub.

Məclisdə gənc şairlər Nəsiminin təsiri ilə yazdıqları şeirlərini səsləndiriblər. Nicat Nəsri, Zaur Rəxşan, Tahirə Bərrar, Rüstəm Tofiq və başqalarının şeirləri böyük şairin sanki ruhu ilə mənəvi körpü yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı gənclərin bu şeirlərinin Nəsimi festivalında təqdim edilməsini yüksək dəyərləndirib. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirindən bir hissəni səsləndirib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26