BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Lənkəranda “təcili yardım” maşını qulaqcıqla velosiped sürən kişini vurub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Lənkəran şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info Report-a istinadən bildirir ki, Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “90-JD-642” dövlət qeydiyyat nişanlı avtomobili yolu keçməkdə olan velosipedçini vurub.

Ətrafdakıların sözlərinə görə velosipedçi qulaqcıq taxdığından “təcili yardım” avtomobilinin xəbərdarlıq siqnalına əhəmiyyət verməyib. “Təcili yardım”ın sürücüsü xəsarət alan Lənkəran şəhəri, Müslüm Maqomayev küçəsi, ev 17-də yaşayan 19 yaşlı Aslan Şaiq oğlu Məmmədlini dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Hadisə “təcili yardım” maşını Mərkəzi Qan Bankının Lənkəran bölməsindən xəstə üçün qan götürüb geri qayıtdığı zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26