BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ QANUNSUZ DÖVRİYYƏDƏN ÇIXARILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Balakən və Zaqatala sakinlərindən narkotik vasitə götürülüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən “VAZ 21011” markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Ətrafında aparılan araşdırmalar zamanı İ. Qurbanovun həmin narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyən edilib. A. Qallacovun yaşadığı evə baxış keçirilən zaman oradan 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi də aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib. Qeyd edilən əraziyə baxış keçirilən zaman 3 ədəd, ümumi çəkisi 185 qram olan çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26