BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şıxsalahlı kənd sakini Mədət Hacıyev saxlanılıb.

Onun həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 14 çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26