BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Küçədən “bomj” meyiti tapılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda küçədə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti tapılıb.

İstixəbər.info-un Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsində baş verib.

Xəstəxanayanı küçəsi, ev 17-də yarımtikili evdə yaşayan 1969-cu il təvəllüdlü Cəfərov Bahadur Abbas oğlu yaşadığı evin yaxınlığında şəxsiyyəti məlum olmayan 50-55 yaşlı tüfeyli həyat tərzi keçirən naməlum kişi meyiti tapıb.

O, dərhal meyiti 3 saylı Şəhər Kliniki Xəstəxanasına təhvil verib.

Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə edilmək üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Hələlik meyitin şəxsiyyəti müəyyən edilməyib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26