BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Küçədə yaşayan keçmiş iş adamı yenidən xəstəxanaya yerləşdirildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi uğurla davam edir.

İstixəbər.info xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib. Nazirlik rəsmisi Akif Əliyevin səhhəti ilə maraqlanmaq üçün xəstəxanada ona baş çəkib:

“Xəstəxanada onu ziyarət etdik. Akif müəllimin ən böyük arzusu tezliklə sağalaraq övladlarına qovuşmasıdır”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akif Əliyev xəstəxanaya yerləşdirilsə də ordan getmişdi.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26