BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kreditlə avtomobil almağın mənfi tərəfləri


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kreditlə avtomobil almağın mənfi tərəfləri

İstixəbər.info olaraq son günlərin ən aktual mövzularından olan kreditlə maşın almaq mövzusuna toxunmaq istəyirik.

Bir çoxlarımızın şəxsi nəqliyyat vasitəmizin olmağını özümüzə  ən böyük arzu etmişik. Bəzilərimizdə pulumuz var-yox qarşımıza məqsəd qoymuşuq ki, maşın almalıyıq  vəssalam. Bunun üçün nəqliyyat vasitəsinin tam dəyər məbləğini toplamağa ehtiyacda yoxdur. Çünki bəzi maşın alverçiləri satmaq istədikləri nəqliyyat vasitəsini kredit yolu ilədə satır. Borc, xərc, boğazımızdan kəsib kreditlə atomobil almaq üçün müraciət edirik maşın alverçilərinə. Onlarda öz maşınlarını  maşının maya dəyərindən iki qatını bizə kreditlə satır. Maşın alverçiləri İlkin ödənişi qəbul etdikdən və öz aralarında müqavilə bağladıqdan  sonra üz tutulur natariusa. Nəhayət maşın sürücülük etibarnaməsi ilə yeni sahibinə verilir.

Bəs avtomobilin yeni sahibi aylıq ödənişi etməsə necə olacaq?  Sualımızı Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Kamran Tağıyev cavablandırdı.      Belə olan təqdirdə avtomobilin ilk sahibi ərizə ilə müraciət edir natariusa və etibarnaməni ləğv etdirir. Daha sonra Baş Dövlət Yol Polis İdarəsinin yerli şöbələrinə və Daxili İşlər Nazirliyinin yerli Polis İdarələrinə məlumat verməlidir. Bu zaman avtomobil  axtarışa verilir. Əgər avtomobilin  yeri bəllidirsə polis orqanları maşını məcburi sürətdə alıb əvvəlki sahibinə qaytarır.

Əziz oxucularımız bu kimi hallarla qarşılaşmaq istəmirsinizsə, avtomobilinizi kredit yolu ilə yox, (əgər pulunuz varsa)  nəğd bir şəkildə almağınızı sizlərə məsləhət görürük.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26