BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kimyəvi maddələrlə dolu kisələr tapıldı – Sumqayıtda


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt çayı üzərindəki körpünün altına kimyəvi maddələr olan kisələrin atılması ilə bağlı daxil olan məlumat Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirlikdən İstixəbər.info saytına verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə hər birinin çəkisi 25.2 kiloqram olan 300-ə yaxın ammonium-bi-flüorid duzu ilə dolu kisələrin atıldığı məlum olub. ETSN-nin Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzinin əməkdaşları tərəfindən kisələr ərazidən yığışdırılaraq təhlükəli tullantılar poliqonuna daşınıb.

Kisələri əraziyə atan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə məktubla müraciət edilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26