BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kimə qarpız yemək olmaz?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qarpızın faydaları hamıya məlumdur. Lakin bəzi pozulmalar zamanı bu giləmeyvə nəinki fayda vermir, hətta insana ziyan vura bilər.

Bu pozulmalar hansılardır?

1.İstixeber.info saglamolun.az-a istinadən bildirir ki, 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu  böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.

2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır.

3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.

4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər.

5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

6. Uşaq və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər.

Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26