BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rəşad Mahmudov:”Mehriban xanım Əliyevanın uşaqların sağlamlığına qayğısı humanizm prinsiplərinə əsaslanan yüksək insanpərvərlik nümunəsidir”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban xanım öz çoxşaxəli siyasi fəaliyyətini bütünlüklə xalqımızın rifahının yaxşılaşmasına, səhiyyəmizin, təhsilimizin, mədəniyyətimizin inkişafına, tarixi-mədəni irsimzin bütün dünyada tanıdılmasına, erməni işğalçılığının ifşa olunmasına həsr edib. İndiyədək Heydər Əliyev Fondunun təşkil etdiyi humanitar aksiyalar çərçivəsində on minlərlə Azərbaycan vətəndaşı, o cümlədən minlərlə uşaq öz sağlamlığına qovuşub. Millət vəkili, tanınmış kardiocərrah, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, ümumiyyətlə, vətəndaşların sağlamlığı məsələsi Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin mərkəzində dayanır: “Bu gün vətəndaşlarımız, əsasən də qayğıya ehtiyacı olan insanlarımız ən çətin məqamlarda arxalarında ilk növbədə dövləti, ölkə rəhbərliyini görürlər. Vətəndaş dara düşdüyü an əmindir ki, istər Prezident, istərsə də birinci xanım Mehriban Əliyeva ona arxa, dayaq duracaq”.

Rəşad Mahmudov qeyd edib ki, biz ölkə vətəndaşına verilən dəyərin və diqqətin hər addımda bir daha şahidi olduq. Bu yaxınlarda Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar Mərkəzi Gömrük Hospitalında cərrahiyyə əməliyyatı olundular. Bütün bunlar Birinci vitse-prezident Mehriban Əliyevanın humanizm prinsiplərinə əsaslanan yüksək insanpərvərliyinin növbəti nümunəsidir. Bu əməliyyatlar xəstəxanalar və ailələr üçün maliyyə baxımından böyük olan əməliyyatlardır: “Heydər Əliyev Fondu hər zaman olduğu kimi qısa müddətdə ailələrin səsinə səs verərək, bu körpə uşaqların problemlərinin həll edilməsi üçün bütün maliyyə yükünü öz üzərinə götürdü. Bütün əməliyyatlarımız uğurla başa çatdı. Mürəkkəb ürək qüsurları olan digər xəstələr üzərində də əməliyyat üçün hazırlıq işləri gedir. Xəstə uşaqların analarının övladları sağlamlığa qovuşduqdan sonra keçirdiyi hisslərə görə biz də həm həkim, həm vətəndaş kimi Mehriban xanıma o ailələrin, gözəl ürək sahibi olan balaların adından dərin minnətdarlığımızı bildiririk”.
R.Mahmudov bildirib ki, ölkəmizdə Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyeva tərəfindən atılan hər bir addımın məntiqi əlaqəsi və nəticəsi var: “Vatikanla Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu arasında olan mövcud münasibətlər bu gün özünü başqa bir platformda göstərir. Dünyaca məşhur Roma Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin artıq Azərbaycandakı mərkəzlərlə ortaq addımlar atması təkcə səhiyyə məsələsi deyil. Bu addımla hiss etmədən, bəlkə də arxa planda çox incə siyasətlə Qarabağımızın Cocuq Mərcanlı kəndindən olan bir uşağın səsini Vatikana qədər ötürmək imkanı qazanırıq. Bu siyasət həm də humanitar aksiya və gözəl ənənələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26