BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kənd həyətini bəzəyən “Dövlət Atributları” və gənc sənətkarın inanılmaz əl işləri – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki, düz 7-ay bundan öncə sizlərə Xaçmazın Seyidlər kəndində xüsusi bacarıq sahibi olan gənc haqqında məlumat vermişdik.

Bu günlərdə redaksıyamıza daxil olan növbəti bir sənətkarlıq nümunəsinin sorağı ilə həmin kənddə yenidən olduq. Çəkiliş qrupumuz Əliyevlər ailəsinin həyətinə çatanda müsahibimiz Novruz Əliyev növbəti işinin yekunlaşdırılması ilə məşğul idi. Novruz Əliyev hal-hazırda işsizdir amma peşə təhsillidir. Arada olan vaxtını, zamanını boşa vermir. Bu dəfə həyata keçirtdiyi əl işi görənlərdə dahada maraq yaradır. Gənc sənətkar bu dəfə çöl hasarın tam hissəsində ölkəmizin gerbinin maketini hazırlayıb. Qeyd edək ki, Novruz Əliyev bundan öncə həyətlərində Azərbaycan Respublikasının xəritəsinin və bayrağını divar və ön qapı üzərinə köçürmüşdür. Müsahibim ziyalı ailənin övladıdır. Atası Ramiz Əliyev tarix-coğrafıya müəllimidir. Uşaqda belə həvəsin olduğunu görən Ramiz müəllim övladı Novruzun bu işləri həyata keçirtmək üçün avadanlıqlar və boyaları öz hesabına alaraq köməklik edib. Novruz deyir ki , bir əl işini həyata keçirtmək üçün təxmimən 2-3 ay vaxt, 100-150 manata yaxın xərc tələb edir. İnşallah vaxt edib növbəti işlərimi həyata keçirtmək istəyirəm. Fikirimdə olan işlərdən yaşadığım Seyidlər kəndinin göydən görünüşünü və alov qüllələrinin maketlərini hazırlamaqdır. Maliyə vəsaiti olmadığından bu işlər bir az ləngiyir. Amma vaxt olacaq yaşadığımız bu həyət ən gözəl bir muzey olacaq.

Bizdə gənc sənətkara uğurlar diləyir, imkanlı şəxslərdən belə maraqlı bacarığı olan gənci dahada yaxından tanımalarını istəyirik, və maraqlı olan şəxslər istədikləri mənzərəni öz həyətlərində hazırlanmasını Novruz Əliyevə etibar edə bilər.

İstixeber.info 12.02.2019 Xudat
Rəşad Orucoğlu

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26