BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kəbin kəsdirmək üçün uğurlu və uğursuz sayılan günlər varmı?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hər şeydən əvvəl bunu qeyd edək ki, dinimiz bu kimi məsələlərdə çox dərinə getməməyi, baş verən hadisələri əlamətlərə görə dəyərləndirməməyi tövsiyə edir. Kəbinin uğurlu ya uğursuz olması onun hansı gündə, hansı bürc altında kəsilməsindən asılı deyil. Hərçənd ki, bəzi rəvayətlərdə Ay Əqrəb bürcündə olarkən kəbin kəsdirmək məsləhət görülməyib.

İstixəbər.info islam.az-a istinadən bildirir ki, amma əvvəla, bu rəvayətlər tövsiyə xarakterlidir. İkincisi, rəvayətlərdə buyurulur ki, bəzi tədbirlərlə, məsələn, sədəqə verməklə bunun ziyanının qarşısını almaq olar. Məsləhət görürük ki, kəbin kəsdirərkən, ümumiyyətlə, hər hansı şadlıq mərasimi keçirərkən, əvvəla, bunu dini qaydalar daxilində, haramlardan uzaq formada təşkil etməyə diqqət yönəldilsin. Kəbinin uğurlu ya uğursuz olması bundan asılı ola bilər. İkincisi, dini matəm günlərində, yəni İslam müqəddəslərinin şəhadət günlərində şadlıq məclisləri keçirmək bəyənilmir. Ona görə də, şadlıq mərasiminin gününü təyin edərkən dini təqvimə baxmaq və hər hansı matəm günü ilə üst-üstə düşmədiyini yoxlamaq məsləhətdir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26