BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İtkin düşən məktəblinin anası: “Qızımı dərsdən tez buraxdıqları üçün, qorxusundan evə gəlməyib”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.

İstixeber.info-nun məlumatına görə, Unikal.org-a açıqlama verən itkin düşən 5 saylı orta məktəbin 7-ci sinif şagirdi Aydan Əliyevanın anası Təranə Yusifova bildirib ki, qızından hələ də xəbər yoxdur:

REKLAM

” Aydan dünən dərsləri bitdikdən sonra – saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gəlib çıxmayıb. Kamerada  saat 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında uşağın görüntüsü var. Qızımın mobil telefonu yoxdur.Uşağı məktəbdən bir saat tez buraxıblar evə.Mən ehtimal edirəm ki, o tez çıxdığı üçün qorxusundan evə gəlməyib. Çünki o məndən o biraz çəkinirdi. Yəgin fikirləşib ki, mən onu döyəcəm.Yazırlar ki, guya ögey atasına görə qaçıb. Onu demək istəyirəm ki, mən Aydanın atası ilə çoxdan ayrılsam da uşağın ögey atası yoxdur.Sonra yazırlar ki, səhər saat 5-də çıxıb.Bunlar hamısı yalandır.Hələ də qızımdan bir xəbər yoxdur”.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

İstixeber.info

165 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26