BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İtkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Zaqatalada itkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

İstixəbər.info-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi əlaqədar (mürəkkəb reylefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbilə) mümkün olmayıb.

Meyitin götürülməsi üzrə tədbirlər iyulun 27-də gün ərzində aparılıb. Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Q.İbrahimovun meyitinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub. Hazırda meyitin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.

İbrahimov Qurban İbrahim oğlunun meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

İstixəbər.info İnformasiya Portalı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26