BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İstirahət günləri hava necə olacaq?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstixəbər.info-ya verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Nazirlik paytaxt qonaqlarının nəzərinə çatdırır ki, okytabrın 6-sı gündüz, 7-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26