BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İSTANBUL AEROPORTUNDA İKİ SƏRNİŞİN TƏYYARƏSİ TOQQUŞUB – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mərakeşin “Royal Air Maroc” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbulun Atatürk beynəlxalq hava limanında “Turkish Airlines”ın layneri ilə toqquşub.

İstixəbər.info TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli “Hurriyet” qəzeti yazıb.

Hadisə beynəlxalq terminal yaxınlığındakı təyyarə dayanacağı zonasında baş verib. Mərakeş layneri öz çıxışına doğru hərəkət edərkən, məlum olmayan səbəblərdən qanadı ilə “Turkish Airlines”a məxsus təyyarənin gövdəsinin arxa hissəsinə toxunub. Türkiyə təyyarəsi çıxış yaxınlığında dayanıb və Ciddəyə (Səudiyyə Ərəbistanı) uçmağa hazırlaşırmış.

Hər iki təyyarə zədələnib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26