BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İSTƏYİRDİM TEZ BÖYÜYƏM, POLİS OLAM…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

– Hər gün atam işdən gələndə onun furajkasını başıma qoyub, kitelinə bürünəndə sevincimin həddi-hüdudu olmurdu. Uşaqlıqda hərə bir arzu ilə yaşayır. Elə istəyirdim ki, mən də tez böyüyüm, atamın xidmət yolunu davam etdirim. Polis olmağın çətinliklərini bilirdim, amma mənim bu peşəyə sevgim tamam başqa idi. Artıq arzuma çatmışam və sevinirəm ki, polis sıralarında xidmət edirəm.

İstixeber.info xəbər verir ki, polis ailəsində anadan olan və atasının xidmət etdiyi şərəfli peşə sahəsində çalışan Aygül Zalıyeva 2012-ci ildən daxili işlər orqanlarında xidmət edir. Şabran RPŞ-nin təminat hissəsində polis nəfəri kimi xidmətə başlayan xanım əməkdaş, hal-hazırda həmin şöbənin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru vəzifəsində çalışır. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Xidmətdə rastlaşdığı çətinliklərdən heç vaxt qorxmadığını deyir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26