BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İsmayıllıda çəkisi 2 tondan artıq çətənə kolu becərən rayon sakini saxlanılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini 26 yaşlı Vüqar Fətəliyev saxlanılıb.

Onun ətrafında davam etdirlən tədbirlərlə V. Fətəliyevin Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu aydın olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kq-a yaxın olan çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyi 2 kq 800 qr qurudulmamış və 3 kq-dan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

V. Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı V.Fətəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İsmayıllı RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26