BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“İsmayıllı” yarımstansiyası işə salındı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2×16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.

İstixəbər.info xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirildi ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tam yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhəri və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.

Dövlətimizin başçısı yarımstansiyanı işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26