BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib – YENİ İDDİA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yaponiyanın Aomori prefekturasındakı Sannoxe bölgəsində Sinqo adlı kənd barədə çox az adamın məlumatı var.

İstixəbər.info xəbər verir ki, əfsanəyə əsasən, Xonsyu adasının şimalında yerləşən kənddə İsa Peyğəmbər yaşayıb və dünyasını dəyişib.
Yaponiyada bir çox insan İsa Peyğəmbərin çarmıxdan gizli şəkildə qaçdığına və minlərlə kilometr məsafə qət edərək Yapon adalarına gəldiyinə inanır. İddiaya görə, İsa Peyğəmbər burada evlənir və qocalıb ölənə qədər yaşayır.

Əfsanəyə əsasən, İsanın 21 yaşı olanda Yaponiyada 9 il yaşayıb və burada dini biliklərə və müdrikliyə yiyələnib. Sonra isə kiçik qardaşı İsukiri yaşayan İudeyə yola düşüb. Amma Roma vilayətində İsanın təbliğatını sərt qarşıladılar. Onu həbs edərək ölüm hökmünə məhkum etdilər. Bəzi mənbələrə görə, İsanın kiçik qardaşı İsukiri özünü qurban verir və Peyğəmbərin əvəzinə çarmıxa o çəkilir.

Bu hadisədən sonra İsa Sibirə, oradan da Alyaskaya keçir. Sonra isə Yaponiyadakı Sinqo kəndinə qayıdır. Ölümünə qədər isə kədni tərk etmir.

Kiçik kənddə İsa təlimlərinə davam edir, adını Daytenki Taro Yuraya dəyişir və Miyuko adlı qızla evlənir. Bu nikahdan onun üç qızı dünyaya gəlir. Peyğəmbər Sinqo kəndində düyü yetişdirir, uzun illər yaşayaraq 106 yaşında dünyasını dəyişir.

İsa Peyğəmbəri böyük hörmət və ehtiramla dəfn etdilər. Onun qəbiri bu günə qədər də qalır. Hər il minlərlə zəvvar və turist bu kəndə, Peyğəmbərin qəbirinə baş çəkir.
Sinqoda hər il Tanrı Oğlu şərəfinə festival keçirilir. Bundan başqa Sinqonun bir neçə sakini İsanın nəslindən gəldiyini iddia edir…/ölkə.az

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26