BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İran ordusu Britaniya gəmisinə HÜCUM ETDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hörmüz boğazının şimalında iranlı hərbçilər Böyük Britaniyaya məxsus neft gəmisinə hücum edib.

İstixeber.info redaktor.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı rəsmilər açıqlama verib. Məlumata görə, iranlı hərbçilər 5 qayıqla hərəkətə keçərək, neft gəmisini ələ keçirməyə çalışıb.

Lakin bölgədə olan krallığa məxsus hərbi gəmilər dərhal əraziyə cəlb edilib. Onların xəbərdarlığından sonra iranlı əsgərlər geri çəkilmək məcburiyyətində qalıb. Britaniyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, ötən həftə Böyük Britaniyanın İrana məxsus neft gəmisini Cəbəli-Tariq sahillərində ələ keçirəndən sonra tərəflər arasında vəziyyət gərginləşib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26