BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İnstagram istifadəçilərinə BƏD XƏBƏR: telefon nömrələri və elektron poçtlar…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərinin məlumat bazasının internetdə yerləşdirilməsi haqqında məlumat verib. Məlumat bazasında tanınmış bloqer və brendlərin əlaqə informasiyası, həmçinin telefon nömrələri və elektron poçtları var.

İstixeber.info Milli.Az-a istinadən xəbər verir ki, təxminən 49 milyon yazıdan ibarət bu məlumat bazası “Amazon Web Services” bulud xidmətində yerləşdirilib və güman ki sosial şəbəkələrdə marketinqlə məşğul olan və bloqerlərə brendlərin reklamından qazanmağa kömək edən Hindistanın “Chtrbox” şirkəti ilə bağlıdır.

Məlumat bazasında olan hər bir yazı əsasında “Instagram” hesabının dəyəri hesablanıb. “Chtrbox” reklam yerləşdirilməsinə görə “Instagram” istifadəçisinə ödəniləcək məbləği müəyyənləşdirmək üçün bu məlumatlardan istifadə edib.

Jurnalistlər internetdə yerləşdirilmiş məlumat bazasındakı bir sıra istifadəçi ilə əlaqə saxlayıblar. Onlar “Instagram”dakı hesablarının sazlanması üçün məlumat bazasında göstərilmiş telefon nömrələri və elektron poçt ünvanlarından istifadə etdiklərini təsdiq ediblər, amma “Chtrbox” şirkəti ilə hər hansı bir əlaqə olmasını təkzib ediblər.

REKLAM

“Instagram” sahibi olan “Facebook” şirkəti “Chtrbox” rəhbərliyinə müraciət edib və yalnız profil sahiblərinə əlçatan olan məlumatların adıçəkilən şirkətdə olması ilə bağlı izah tələb edib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26