BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İngiltərə Millətlər Liqasında 3-cü yeri tutub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib.

REKLAM

İstixeber.info xəbər verir ki, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb.

Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub.

Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip Drmiç 6-cı zərbəni yerinə yetirilərkən, rəqib qapıçı Cordan Pikford topu qaytarıb. İngiltərə isə bunadək 6 zərbənin hamısında dəqiq olduğu üçün qalib gəlib – 6:5.

Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçının yekununda müəyyənləşəcək./unikal

İstixeber.info

50 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26