BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İmamoğlunun şüarı Nyu-Yorkda GƏRGİNLİK yaratdı – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nyu-Yorkda 38-ci Türk Günü yürüşü keçirilib.

İstixeber.info xəbər verir ki, 19 may Atatürkü anma, Gənclik və İdman bayramı münasibəti ilə keçirilən tədbiri Türk Amerikan Dərnəkləri Federasiyası təşkil edib. Məlumata görə, yürüşdə  gərginlik yaranıb. Buna səbəb bir qrup şəxsin yürüşə “Hər şey gözəl olacaq” plakatı gətirməsi olub.  Türk Amerikan Dərnəkləri Federasiyasının tələbinə əsasən bu plakatı qaldıran Dünyəvi və Demokratik Platformasının təmsilçiləri  yürüşə buraxılmayıb.  Platformanın nümayəndəsi  Sərdar İlhan bildirib ki, onların yürüşə qatılmasına icazə verilibmiş:

REKLAM

“Biz yürüşə qatılmaq üçün icazə istəmişdik. Təşkilatçılar dedilər ki, plakat açmasanız, siyasi mesaj verməsəniz yürüşdə  iştirak edə bilərsiniz.  Biz də razılaşdıq. Lakin bu gün əynimizdəki kyönəkləri bəhanə edib bizi yürüşə buraxmadılar”.   

Maraqlıdır ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatında (MBT) daimi nümayəndəsi Feridun Siniroğlu və Türkiyə Respublikasının Nyu-Yorkdakı baş konsulu Alper Aktaş yürüşdə iştirak etməyib./cebhe.info

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26