BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İlin sonunadək Gəncədə küçələrə asfalt döşənəcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncədə şəhərin tarixində ən böyük sosial infrastruktur layihəsi olan içməli su xətti və kanalizasiya sisteminin yenidən qurulması işləri uğurla icra edilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən İstixəbər.info saytına bildirilib ki, 1600 diametrlik əsas kollektor xəttinin 80 faizi artıq hazırdır. Şəbəkə işlərinin isə 60 faizə yaxını yekunlaşıb. Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi davam edir. Ümumilikdə şəhərin 1000-dən çox küçəsini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılıb.

Yaxın günlərdə su və kanalizasiya xətlərinin çəkildiyi küçələrin asfaltlanmasına başlanacaq. İlin sonunadək isə şəhərin 30 küçəsinin asfaltlanması başa çatacaq.

İstixeber.info İnformasiya Portalı Gəncə 2018-ci il

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26