BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İlham Əliyev Formula 1-in qalibinə kuboku təqdim etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi-nin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.

İstixeber.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisi-nin qalibi Valtteri Bottasa (“Mercedes”) kuboku və “Mersedes” komandasının nümayəndəsinə Konstruktorlar kubokunu təqdim edib.

REKLAM

İkinci yerin sahibi, “Mercedes”in digər sürücüsü Lyuis Hemiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının pilotu Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi-nin bugünkü qalibi “Mercedes”dən Valtteri Bottas olub. İkinci yeri “Mercedes”dən olan digər pilot  Luis Hamilton, üçüncü yeri “Ferrari”dən Sebastyan Fettel tutub.

Konstruktorların yarışında isə “Mercedes” birinci olub.

İstixeber.info

73 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26