BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İki universitet Bakıda mətbuat konfransı keçirdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyənin İstanbul Aydın Universiteti və Şimali Kipr Türk Respublikasının Kıbrıs Elm Universiteti Bakıda ortaq mətbuat konfrası keçirib.

İstixəbər.info xəbər verir ki, tədbirdə Kıbrıs Elm Universiteti(CSU) kordinatoru Emin Devrim Fidan, İstanbul Aydın Universitetinin(İAU) kordinatoru Səbinə Hüseynova və İstanbul Aydın Universitetinin Azərbaycan təmsilçisi Fərid Şahbazlı çıxış edərək Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı təhsil əlaqələri, birgə layihələr və tələbə mübadiləsi məsələlərindən danışıblar.

Kıbrıs Elm Universiteti və İstanbul Aydın Universitetinin nümayəndələri təmsil etdikləri qurumlardakı təhsil şəraiti, tələbələr üçün yaradılan imkanlar və xüsusi olaraq azərbaycanlı gənclər üçün tətbiq etdikləri endirimlər haqqında məlumat veriblər.

Sonda media nümayəndələrinə adıçəkilən ali təhsil ocaqlarının xatirə hədiyyələri təqdim olunub.

Hər iki universitetlə bağlı geniş məlumatları www.aydin.edu.tr və www.csu.edu.tr saytlarından almaq olar.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26