BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İstixəbər.info-ya verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15  əcnəbi vətəndaş saxlanılaraq onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 6 brakonyerin  şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib.

Hazırda reydlər davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26