BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İcazəsiz balıq ovlayan Şəmkir sakini saxlanıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Yenikənd su anbarında balıq ovlayan şəxsi saxlayıb.

Nazirliyin mətbuat xidmətindən İstixəbər.info-ya verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26