BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İbtidai Sinif Müəllimlərinin 1. Təhsil Forumu (İSMF-2018)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yeni tədris ilinin başlaması və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcəkdir.

İstixəbər.info xəbər verir ki, Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi , PROAKTİV şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

İbtidai Sinif Müəllimlərinin 1-ci təhsil Forumu 8 sentyabr 2018-ci il tarixində məktəbəqədər hazırlıq və ibtidai sinif müəllimlərinin, aparıcı təhsil işçiləri, ekspertlərin iştirakı ilə həyata keçiriləcək. Bir neçə gün ərzində tədbirdə iştirak edəcək spikerlərin adları və mövzularla bağlı mətbuata açıqlama veriləcəkdir.

Qeyd edək ki, Forumda iştirak ödənişsizdir. Tədbirdə iştirak etmək istəyən hər kəs www.cinaryayimlari.comsaytı vasitəsi ilə öncədən qeydiyyatdan keçməlidir.

Layihənin tərəfdaşları: “ Azərkitab, Odlar Yurdu universiteti, Bakı Britaniya Məktəbi (“British School in Baku”), Montro Biznes Məktəbi, İstanbul Aydın Universiteti (Türkiyə, İstanbul), Okulistik Təhsil şirkəti, Müəllim Hazırlıq Mərkəzi (MHM), Ofisait mağazalar şəbəkəsi, Maxofset mətbəəsi, EduGrata Təhsil Mərkəzi, ABC Tədris və İnkişaf Mərkəzi” dir. Ölkəmizdə ilk dəfə keçiriləcək İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumunun əsas təşəbbüskarı “ Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən “Çinar Yayımları” MMC şirkətidir. Şirkət şagirdlərimiz üçün yüksək səviyyəli dərs vəsaitləri nəşr etməklə yanaşı, onlar üçün yüksək səviyyəli sınaq imtahanları da həyata keçirir.
Forum barədə ətraflı məlumat əldə etmək üçün, Tel: (+99455) 224- 56- 26
www.facebook.com/cinaryayimlari
www.instagram.com/cinar_yayimlari

İstixəbər.info İnformasiya Portalı

Sənan Şəmkirli

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26